Bakıda qəzaya düşən “BMW” klinikaya girdi - Fotolar

bakida-qezaya-dusen-bmw-klinikaya-girdi
Oxunma sayı: 1688

Bu gün Bakı şəhəri Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Cəfər Xəndan küçəsində “BMW” və “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə idarəetmədən çıxan “BMW” səkiyə çıxaraq “Universal Hospital”ın binasına çırpılıb.

Hadisə zamanı avtomobillərə və klinikaya xeyli zərər dəyib. Binanın şüşələri qırılıb.

Fotolar: AZƏRTAC