“Bakı Metropoliteni”nin “28 May” stansiyasında sərnişinlər vaqonlardan düşürülüblər.
“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, sərnişinlər stansiyada hərəkət etmək istəyən qatarda problem yarandığı barədə məlumat veriblər.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, saat 22:58-də qatarın idarəetmə panelində texniki nasazlıq qeydə alınıb: “28 May” stansiyasında sərnişinlər düşürülüb və qatar “Nizami” stansiyasından texniki baxış üçün “Nərimanov” elektrik deposuna göndərilib”.
Son xəbərlər
Son Xəbərlər