ABŞ Prezidenti Donald Tramp gələn həftə İsveçrədə keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) iştirak edəcəyini və mühüm bir iqtisadi planı təqdim edəcəyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Detroyt İqtisadi Klubundakı çıxışında bu səfəri təsdiqləyən Tramp Davosda ABŞ-nin mənzil siyasətinə dair yeni proqramını ətraflı şəkildə açıqlayacağını bildirib.
O, əsas hədəfinin ev sahibi olmaq istəyən hər bir amerikalı üçün əlçatanlığı təmin etmək olduğunu vurğulayıb:
“Gələn həftə Davosda mənzil siyasətimizi təqdim edəcəyəm ki, amerikalılar yenidən ev sahibi ola bilsinlər”.
Forum çərçivəsində Trampın İtaliya, Almaniya, Fransa, Kanada və Böyük Britaniya liderləri, habelə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə bir sıra kritik görüşləri planlaşdırılır.
Qeyd edək ki, 2026-cı il Dünya İqtisadi Forumu 19-23 yanvar tarixlərində “Dialoq ruhu” mövzusu altında keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər