Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı şəhid anası olan sakinin sözləri maraqla qarşılanıb.
Qadın sakin: Mənim ən böyük sevincim Vətənimə qayıtmaq olsa da, həyatda ən böyük arzum cənab Prezidentlə görüşmək idi. Getdiyim bütün yerlərdə deyirdim ki, bir gün mənim əlim o kişiyə çatacaq. Mənim əlim çatdı. Ən böyük sevincim, cənab Prezidentlə görüşməkdir.
Kişi sakin: Çox sağ olun. Allah Sizi qorusun.
Son xəbərlər
Son Xəbərlər