“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”

yasa-gore-pensiyalarin-orta-meblegi-680-manat-proqnozlasdirilir
Oxunma sayı: 343

“Əmək pensiyalarının orta məbləğinin 639 manat olması proqnoz edilir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir bildirib ki, yaşa görə pensiyaların orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır.

Nuranə Daxilqızı