Kommunist qərargahı lüks hotelə çevrildi - Gecəsi 700 avrodan başlayır - Fotolar

kommunist-qerargahi-luks-hotele-cevrildi
Oxunma sayı: 1124

“Soyuq müharibə” dövründə İtaliya Kommunist Partiyasının mərkəzi qərargahı kimi xidmət etmiş Romadakı ikonik bina 5 ulduzlu lüks hotelə çevrilib. Siyasi tarixdə dərin izlər qoyan bina indi yüksəksəviyyəli qonaqları qarşılayır.

“Qafqazinfo” xəbər verir ki, romalıların “böyük mağaza” mənasını verən “Bottegone” kimi tanıdıqları bina “Via delle Botteghe Oscure” küçəsində yerləşir.

Tikili 1945-ci ildən partiyanın buraxıldığı 1991-ci ilə qədər Kommunist Partiyasının baş qərargahı olub. Yaxınlarda bir hotel qrupu tərəfindən satın alınan binada həyata keçirilən irimiqyaslı təmir işlərindən sonra o, lüks hotel konseptində qapılarını açb. Məlumata görə, hoteldə bir gecəlik qonaqlama qiyməti otağın növündən asılı olaraq 700 avrodan çoxdur.

Restavrasiyaya baxmayaraq, hotel rəhbərliyi binanın tarixi ruhunu tamamilə silməyib. Kommunist nəzəriyyəçisi Antonio Qramskinin mərmər büstü və Paris Kommunasının tarixi bayrağı kimi simvollar daxili interyerdə nümayiş olunmağa davam edir.