2027-ci il üzrə İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 268,9 milyon manat, Fondun əvvəlki illərdən istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcminin isə 50,3 milyon manat olacağı proqnozlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, 2027-ci ildə işsizlikden sığorta haqları üzrə yığımların 267,2 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 30,6 milyon manat va ya 12,93 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 33,71 milyon manat va ya 14,44 faiz çoxdur.
Büdcədən maliyyələşən təşkilatlar və həmin təşkilatlarda işləyənlər tərəfindən ödəniləcək işsizlikdən sığorta haqları üzrə daxilolmaların proqnozu 59,6 milyon manat təşkil edir.
2027-ci ildə işsizlikdən sığorta haqları üzrə daxilolmaların proqnozunun 207,6 milyon manatı va ya 78 faizi qeyri-büdcə sektorunun payına düşür.
İşsizlikdən sığorta fondunun 2027-ci il üçün xərcləri isə 319,2 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisinə nisbətən 52,8 milyon manat va ya 19,82 faiz, 2025-ci ilin icra göstəricisinə nisbətən isə 105,92 milyon manat və ya 49,66 faiz çoxdur.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər