Dünya şöhrətli İtaliya aktrisası və dəb ikonası Monika Belluççi “Harper’s Bazaar Türkiye” jurnalının noyabr sayının üz qabığı və xüsusi fotosessiyasının qəhrəmanı olub.
“Qafqazinfo” xəbər verir ki, 62 yaşlı ulduz Parisdə reallaşan eksklüziv fotosessiyada altı fərqli obrazda kamera qarşısına keçib. Onun üslubu üzərində tanınmış türk stilist İnan Kırdemir işləmişdir. Fotolar isə italyan fotoqraf Rikkardo Apostolikonun obyektivindən lentə alınıb.
Həcmli paltolar, klassik qara kostyumlar və axşam libasları ilə təqdim olunan obrazlarda xüsusilə iri həcmli üst geyimləri ilə bədənə kip oturan geyimlər arasındakı kontrast ön plana çıxıb.
Qırmızı fon üzərində uzanaraq poz verən Belluççinin əynindəki geyim xüsusi diqqət çəkib. Aktrisa çəkiliş üçün məşhur lüks moda evi “Alaïa” brendinin yaradıcı direktoru Piter Mulier tərəfindən dizayn edilmiş asimmetrik, bej rəngli merinos kürk paltonu üstün tutub. Bu palto hazırda lüks satış platformalarında təxminən 15.000 avroya (28 645.50 AZN) təklif olunur.
Jurnala verdiyi müsahibədə dəyişiklik və transformasiya mövzularına toxunan Monika Belluççi, həyata baxışını bu sözlərlə ifadə edib: “Həyat daim yenidən başlamaqdan ibarətdir, çünki biz həmişə qəbul etməli olduğumuz dəyişikliklərlə qarşılaşırıq. İşin gözəlliyi də elə bundadır”.







Son xəbərlər
Son Xəbərlər