“AnewZ” telekanalının fəaliyyətə başlamasından iki il ötür.
“Qafqazinfo”nun məlumatına görə, bu müddət ərzində kanal Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə baş verən hadisələri beynəlxalq auditoriyaya çatdıran media platformasına çevrilib.
Bu gün “AnewZ” dünyanın 12 ölkəsində fəaliyyət göstərən büroları və 50-dən çox şəhərdən hazırlanan reportajları ilə beynəlxalq informasiya məkanında təmsil olunur.
İki il ərzində kanal müharibə və diplomatiyadan tutmuş iqtisadiyyat, texnologiya və mədəniyyətə qədər geniş mövzuları işıqlandırıb.
Media qurumu beynəlxalq forumlarda moderator və iştirakçı kimi çıxış etməklə yanaşı, araşdırma filmləri və sənədli layihələri ilə də diqqət çəkib.
Kanalın rəqəmsal platformaları üzrə 2025–2026-cı illərdə ümumilikdə 1 milyard baxış qeydə alınıb, izləyicilərinin sayı isə 660 minə çatıb. Süni intellekt texnologiyalarının redaksiya proseslərinə inteqrasiyası da “AnewZ”un inkişaf istiqamətlərindən biridir.
Telekanalın 2 yaşı münasibətilə ərsəyə gətirilən reportajı təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər