Vaşinqtonun ən təhlükəsiz məkanı olduğunu açıqladı

vasinqtonun-en-tehlukesiz-mekani-oldugunu-aciqladi
Oxunma sayı: 123

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni ziyafət zalını Vaşinqtonda ən təhlükəsiz məkan kimi təsvir edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu fikirləri Ağ Evdə jurnalistlərə açıqlaması zamanı səsləndirib.

Onun sözlərinə görə, bu məkan dünya liderlərini, o cümlədən Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putini qəbul etmək imkanına malikdir.

Aralıq seçkilərindən sonra ilk dəfə çıxış edən Tramp zalın dizaynını və təhlükəsizlik sistemlərini yüksək qiymətləndirib. O qeyd edib ki, ziyafət zalının tavanı 15 metrdən hündürdür və dronlara, raketlərə, eləcə də güllələrə qarşı möhkəmləndirilib, döşəməsi isə xüsusi qalınlıqda inşa olunub.