Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

sabahdan-bu-yollarda-hereket-mehdudlasdirilir
Oxunma sayı: 392

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

“Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.