Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları 1 il daha uzatdı

tramp-irana-qarsi-1979-cu-ilde-tetbiq-edilen-sanksiyalari-1-il-daha-uzatdi
Oxunma sayı: 209

ABŞ Prezidenti Donald Tramp İranla bağlı  birtərəfli sanksiyaları nəzərdə tuta fövqəladə vəziyyət rejimini – bura 1979-cu ildə tətbiq edilmiş iqtisadi sanksiyalar da daxildir – daha bir il müddətinə uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ liderinin ABŞ Federal Reyestrində dərc olunmuş bəyanatında bildirilir.

Sənəddə qeyd olunur ki, Vaşinqton və Tehran arasındakı münasibətlər hələ normallaşmayıb və 19 yanvar 1981-ci il tarixli ikitərəfli sazişlərin icrası prosesi hələ də davam edir.

Bu, Tehranda amerikalı diplomatların girov götürülməsindən sonra bağlanmış Əlcəzair sazişlərinə aiddir. Sənədlər girovların azad edilməsini nəzərdə tutur və digər məsələlərlə yanaşı, hər bir ölkənin digərinin daxili işlərinə qarışmaması prinsipini təsbit edirdi.