Volqoqradda “Lukoyl”un zavoduna dron hücumu olub - Video

volqoqradda-lukoylun-zavoduna-dron-hucumu-olub
Oxunma sayı: 12

Noyabrın 13-nə keçən gecə Rusiyanın Volqoqrad vilayəti və şəhəri kütləvi dron hücumuna məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Andrey Boçarov açıqlayıb. 

Ukrayna mediası isə hücum nəticəsində Volqoqrad neft emalı zavodunda yanğın baş verdiyini yazıb.

Qeyd edək ki, “Lukoyl” şirkətinə məxsus sözügedən müəssisə Rusiyanın ən böyük neft emalı zavodlarından biridir və 1957-ci ildən fəaliyyət göstərir.