ABŞ Konqresi qarşısında ifadə verəcək

abs-konqresi-qarsisinda-ifade-verecek
Oxunma sayı: 812

ABŞ-nin çip istehsalçısı “Nvidia”nın keçmiş baş direktoru Jensen Huanq ABŞ milli təhlükəsizliyinə yönəlmiş təhdidlərin müzakirə olunacağı qapalı iclasda ifadə verməyə razılıq verib.

“Qafqazinfo” xəbər verir ki, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, respublikaçı Brayan Mast ABŞ Kapitoli binasında jurnalistlərə açıqlamasında Huanqın ifadə verməyə razı olduğunu və iclasın vaxtı ilə bağlı müzakirələrin davam etdiyini bildirib.

Mastın sözlərinə görə, Huanqın bu ayın sonunda Şükranlıq bayramından əvvəl Konqres qarşısında and içərək ifadə verəcəyi gözlənilir. Komitə sədri ifadənin videoya çəkiləcəyini və transkripsiya ediləcəyini də əlavə edib. İclasda Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi ilə yanaşı, Çin Xüsusi Komitəsinin və Kəşfiyyat Komitəsinin də iştirakı nəzərdə tutulur.