Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi - Yenilənib

lenkeranda-bir-ailenin-uzvleri-plov-ve-pomidor-tursusundan-zeherlendi
Oxunma sayı: 2181

Lənkəran rayonunda kütləvi zəhərlənmə olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün 11 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlardan 3-ü azyaşlıdır.

İlkin məlumata görə, zəhərlənən şəxslərin hamısı Osaküçə kənd sakinləridir. Onların qidadan zəhərlənmələri ehtimal edilir.

Əlavə məlumat veriləcək.

***

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bidirilib ki, Lənkəranda məişət zəmnində zəhərlənmə hadisəsi baş verib:

“Lənkəranda qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Dərhal araşdırmalara başlanılıb. İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakini olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdikləri məlum olub. Agentliyin əməkdaşları tərəfindən müvafiq tədbirlər icra edilməkdədir”.

AQTA bir daha vətəndaşlara müraciət edərək məişət şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, eləcə də gigiyena və düzgün daşınma qaydalarına ciddi riayət olunmasının vacibliyini bildirir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) ötən gün saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib: “Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.

Zəruri tibbi xidmət göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb”.