“Azərbaycanla enerji təhlükəsizliyini müzakirə etmək istəyirik” - Maya Sandu

azerbaycanla-enerji-tehlukesizliyini-muzakire-etmek-isteyirik
Oxunma sayı: 644

“Biz Azərbaycanla enerji təhlükəsizliyi, eləcə də siyasi və iqtisadi sahələrdə əlaqələri müzakirə etmək istəyirik. Moldova xüsusilə enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır”.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Moldova Prezidenti Maya Sandu deyib.

O qeyd edib ki, enerji böyük problem olaraq qalır.

“Baxmayaraq ki, Moldova bu sahədə Rusiyadan asılılığı azaltmaq üçün son bir neçə ildə əhəmiyyətli islahatlar həyata keçirib. Ümid edirik ki, bu gün yaxşı müzakirəmiz olacaq və həll yolları tapacağıq”, - deyən Moldova Prezidenti sonda bütün ölkələr üçün sülh arzulayıb və sülhə aparan istənilən müzakirələri, səyləri alqışladığını bildirib.