İsrail Fransa prezidentliyinə namizədin ölkəyə girişini qadağan etdi

israil-fransa-prezidentliyine-namizedin-olkeye-girisini-qadagan-etdi
Oxunma sayı: 293

İsrail 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində namizəd olan Jan-Lük Melanşonun ölkəyə girişini qadağan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, eyni qadağa Melanşonun təmsil olunduğu solçu “Tabe Olmayan Fransa” partiyasının parlament fraksiyasının rəhbəri Matild Pano üçün də tətbiq edilib.

Saar qərarı partiyanın İsrailə qarşı mövqeyi və Melanşonun Qəzzaya Fransa gəmilərinin göndərilməsi çağırışı ilə əsaslandırıb:

“Partiyanın İsrailə qarşı siyasətini, eləcə də Melanşonun Qəzzaya Fransa gəmilərinin göndərilməsi çağırışını nəzərə alaraq onun İsrailə girişini qadağan etmək qərarına gəldim”.

Qeyd edək ki, İsrail hakimiyyəti daha əvvəl də Fələstin məsələsindəki mövqeyinə görə fransalı jurnalist Alis Frussarın ölkəyə girişinə icazə verməyib.