Keyn rekorda imza atdı

keyn-rekorda-imza-atdi
Oxunma sayı: 167

“Bayern Münhen”in hücumçusu Harri Keyn İngiltərə milli komandasında keçirdiyi oyun sayına görə yeni rekord müəyyənləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Squawka” məlumat yayıb.

Millətlər Liqasının 5-ci turunda Xorvatiyaya qarşı keçirilən qarşılaşma Keynin milli komanda heyətindəki 126-cı oyunu olub. Bununla da o, qapıçı Piter Şiltona məxsus olan əvvəlki rekordu geridə qoyub. Futbolçu meydana bu əlamətdar nailiyyətə həsr olunmuş xüsusi formada çıxıb.