Bu instituta icraçı direktor təyin olundu - Foto

bu-instituta-icraci-direktor-teyin-olundu
Oxunma sayı: 3010

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb.

Digər Əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub. Ötən gün Nigar Kərimova İnstitutun kollektivinə təqdim edilib.

Nigar Kərimova 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində biologiya üzrə bakalavr, 2015–2016-cı illərdə isə Birləşmiş Krallığın Aberdin Universitetində genetika üzrə magistr təhsili alıb. 2023-cü ildə “Azərbaycanda xroniki mieloid leykozlu xəstələrdə genetik variasiyaların molekulyar identifikasiyası” mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2016–2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda elmi fəaliyyətlə məşğul olub, həmçinin Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib. 2019–2020-ci illərdə Türkiyənin Ege Universitetində elmi tədqiqatlarını davam etdirib, 2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi çalışıb.