Gələn il yeni islahat paketi planlaşdırılır - Məbləğlər yekun xarakter daşımır

gelen-il-yeni-islahat-paketi-planlasdirilir
Oxunma sayı: 1864

Yeni islahat paketi çərçivəsində artım istiqamətlərinin müəyyən edilməsi, həmçinin sosial ödənişlərin artırılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq proqnozlar və təkliflər hazırlanır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

"Prezident İlham Əliyevin tapşırığına əsasən, gələn il növbəti, sayca 6-cı sosial islahat paketinin icrası planlaşdırılır.

Hazırda bununla bağlı hazırlıq işləri görülür. Bu gün bəzi media resurslarında və sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər də yekun xarakter daşımır".

Nazirlikdən bildiriblər ki, sosial ödənişlərdə artımların hansı istiqamətləri əhatə edəcəyi və dəqiq artım məbləğləri imzalanacaq müvafiq qanunvericilik aktları ilə müəyyən ediləcək.