ABŞ İŞİD üzvü olan məhbusları İraqa köçürməyə başladı

abs-isid-uzvu-olan-mehbuslari-iraqa-kocurmeye-basladi
Oxunma sayı: 600

ABŞ ordusu Suriyanın şimal‑şərqində həbsdə olan İŞİD üzvlərinin İraqa köçürülməsinə başlayıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, ilk mərhələdə 150 məhbusun köçürülməsi həyata keçirilib.

Məlumata görə, ümumilikdə 7 000 nəfərədək məhbusun İraqa daşınması planlaşdırılır.

Bu qərarın Suriya hökumətinin bölgədə nəzarəti təmin etməsi və məhbusların qaçmaq riski səbəbilə qəbul edildiyi bildirilir. Belə ki, bir neçə gün öncə atəşkəs çərçivəsində geri çəkilən Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətsiz qoyduğu “Şəddadi” həbsxanasında saxlanılan təxminən 200 nəfər İŞİD üzvü qaçmağa nail olsa da, onların bir çoxu ələ keçirilərək geri qaytarılıb.

Suriya həbsxanalarında ümumilikdə 10 mindən çox İŞİD üzvünün saxlanıldığı bildirilir.