“Avenue 8” öz fərqli memarlıq fəlsəfəsi ilə WUF-13 forumunda - Video

avenue-8-oz-ferqli-memarliq-felsefesi-ile-wuf-13-forumunda
Oxunma sayı: 176

Azərbaycanın aparıcı tikinti-developer şirkətlərindən biri olan “Avant Group”, Bakıda keçirilən nüfuzlu 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) uğurla iştirak edib. Şirkət qlobal urbanizasiya və dayanıqlı şəhərlər mövzusuna həsr olunmuş tədbirdə özünün lüks layihələrindən biri olan “Avenue 8” layihəsi ilə təmsil olunub.

Müasir memarlıq konsepsiyası ilə seçilən “Avenue 8”, beynəlxalq ekspertlərin, xarici nümayəndə heyətlərinin və sahə mütəxəssislərinin diqqət mərkəzində olub. “Avant Group”un stendini ziyarət edən qonaqlara layihənin inkişaf mərhələləri, funksional üstünlükləri və ekoloji dayanıqlılıq prinsipləri barədə ətraflı məlumat verilib.

Forum çərçivəsində keçirilən görüşlərdə “Avant Group”un Direktorlar Şurasının sədri Əli Hüseynov şirkətin əsas hədəflərini vurğulayıb: “Müasir şəhərsalma və memarlıq tələblərini rəhbər tutaraq, biz sadəcə adi bir layihə deyil, şəhərin memarlıq mühitinə dəyər qatacaq eleqant və ikonik məkanlar ərsəyə gətirməyə çalışırıq. “Avenue 8”də məhz bu yanaşmanın bariz nümunəsidir”.

Ümumilikdə, forum çərçivəsində nümayiş olunan “Avenue 8” layihəsi həm yerli, həm də xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Müasir şəhərsalma prinsiplərini fərqli memarlıq fəlsəfəsi ilə birləşdirən bu konsept, gələcəyin modern və funksional yaşayış standartlarını bu gün formalaşdırmağı hədəfləyir.