Bu gün saat 16 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən hissəsində ağır qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Mercedes” markalı avtomobil kişi piyadanı vurub.
O aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər