“Sabah qorunası nə isə qalmayacaq” - Ciorcia Meloni

sabah-qorunasi-ne-ise-qalmayacaq
Oxunma sayı: 637

İtaliyanın Baş naziri Ciorcia Meloni Avropa İttifaqını (Aİ) kəskin tənqid edərək, onu qlobal problemlər qarşısında uzaqgörməzlik nümayiş etdirən “bürokratik div” adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, İtaliya Sənayeçilər Assosiasiyasının (Confindustria) qurultayında çıxış edən Meloni Aİ-nin hazırkı idarəetmə formasından ciddi narahatlığını ifadə edib.

Baş nazirin sözlərinə görə, ittifaq rəhbərliyi rəqabət qabiliyyətini və strateji böyüməni çox tez-tez “ideoloji və texnokratik yanaşmaların qurbanı” edir.

Hökumət başçısı Brüsseldən köklü islahatlar tələb edib:

“Biz Avropa İttifaqından daha az, amma daha keyfiyyətli iş görməsini, ağlabatan prioritetlər müəyyən etməsini və qərarların qəbulu zamanı çevik hərəkət etməsini tələb edirik. İtaliya milli müdafiə xərclərinin təmin edilməsi ilə yerli ailələrə və müəssisələrə göstərilən yardımlar arasında düzgün balans tapmalıdır. Əks təqdirdə, sabah qorunası bir şey qalmayacaq”.

Xatırladaq ki, oxşar tənqidi bəyanatla bir müddət əvvəl Slovakiya Baş naziri Robert Fitso da çıxış etmişdi. O, Avropa İttifaqını Rusiya neft və qazından imtina məsələsində ikiüzlü davranmaqda ittiham etmişdi.