87 yaşlı kişini maşın vurub öldürdü

87-yasli-kisini-masin-vurub-oldurdu
Oxunma sayı: 0

Ağdaşda piyada ölümü ilə nəticələnən qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən yolu keçmək istəyən Ağdaş rayon Orta Ləki kənd sakini 1937-ci il təvəllüdlü Qırımxan Xaspoladovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev