Sumqayıtda tuneldəki problemlə bağlı açıqlama - Video

sumqayitda-tuneldeki-problemle-bagli-aciqlama
Oxunma sayı: 842

Sumqayıtda “Yaşıl dərə” adlanan ərazidəki tunelə çirkab suları yığılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

İddia olunur ki, yaranmış problem ərazidən keçən Azərbaycan Dəmir Yollarına (ADY) məxsus nasosdakı nasazlığa görə baş verib. Bu səbəbdən tuneldən keçən avtomobillərin hərəkətində çətinlik yaranıb.

Məsələ ilə əlaqədar ADY-yə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirdi ki, ərazidə elektrik enerjisi olmadığına görə nasoslarda problem yaranıb. Artıq ötən gün axşam saatlarından yığılmış su kənarlaşdırılıb və nəqliyyatın hərəkəti bərpa olunub.

Gülnar Əliyeva