Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatı davam edir - Video+Fotolar

bakida-yanginsondurme-ve-xilasetme-idmani-uzre-dunya-cempionati-davam-edir
Oxunma sayı: 299

Bakıda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının proqramına uyğun olaraq, noyabrın 5-də 100 metrlik maneə zolağını qətetmə növü üzrə yarışlar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yarışların yekununda qaliblər və mükafatçılar müəyyənləşib.

Kişilər arasında 100 metrlik maneə zolağını qətetmə növündə I yeri Yang Ding Hao - Çin Xalq Respublikası, II yeri Grebenşikov Dmitriy - Rusiya Federasiyası, III yeri isə Masalov Danol - Belarus Respublikası tutub.

Qadınlar arasında I yerə Yisupova Maysara - Özbəkistan Respublikası, II yerə Xvorstkina Arina - Rusiya Federasiyası, III yerə isə Tsenova Olesiya- Rusiya Federasiyası layiq görülüblər.

Qalib və mükafatçılara medalları fövqəladə hallar nazirinin müavini general-mayor Yusif Nəbiyev təqdim edib.

Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.