Azərbaycanda iş vədi ilə 3,2 milyon mənimsəyən şəxs saxlanılıb

azerbaycanda-is-vedi-ile-32-milyon-menimseyen-sexs-saxlanilib
Oxunma sayı: 577

Nepalda vətəndaşları Azərbaycan və Kanadada yüksək maaşlı işlə təmin etmək adı ilə aldadan iki nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nepal polisinin Mərkəzi Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, saxlanılanlar 56 yaşlı Punya Prasad Niraula və 20 yaşlı Şreya Şresthadır.

İstintaqın məlumatına görə, Niraula bir nəfəri Azərbaycana işə göndərəcəyini vəd edərək ondan 3,2 milyon Nepal rupisi (35 min AZN-dən çox) alıb. Şrestha isə başqa bir şəxsdən Kanadada işə düzəltmək adı ilə 345 min rupi (3800 AZN-dən çox) mənimsəməkdə şübhəli bilinir.

Şikayətçilərin sözlərinə görə, şübhəlilər pulları aldıqdan sonra onlarla əlaqəni kəsiblər.

Hər iki şəxs Katmanduda saxlanılaraq əlavə araşdırma və hüquqi tədbirlərin görülməsi üçün Xaricdə Məşğulluq Departamentinə təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.