“Netflix” Türkiyədəki 10-cu ilini dəbdəbəli tədbirlə qeyd edib. Belə ki, şirkət sənət, kino, televiziya, həmçinin elit təbəqənin məşhur simalarını bir araya gətirib.
“Qafqazinfo” xəbər verir ki, sənət dünyasının ən parlaq simalarının axın etdiyi gecə maraqlı anlarla yadda qalıb.
Gecənin qonaqları arasında son illərin ən çox danışılan cütlüklərindən olan Pınar Deniz və Kaan Yıldırım əl-ələ kameralar qarşısına keçərək xoşbəxtlikləri ilə diqqət çəkiblər.
Uzun müddətdir birlikdə görünməyən Barış Arduç və Gupse Özay cütlüyü, aktyor Aras Bulut İynemli, cazibədar ulduzlar - Serenay Sarıkaya, Afra Saraçoğlu, Sinem Kobal, həmçinin Çağatay Ulusoy və Mert Ramazan Demir kimi onlarla məşhur geyimləri ilə mətbuatın diqqət mərkəzində olub.
Tədbirin ən çox danışılan məqamı isə pop musiqisinin ulduzu Ajda Pekkanın səhnə performansı olub. Səhnəyə çıxan əfsanəvi sənətçiyə aktrisa Serenay Sarıkaya yoldaşlıq edib. İkilinin canlı şəkildə etdiyi möhtəşəm duet və səmimi rəqsləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb.
Son xəbərlər
Son Xəbərlər