Amerikalılara müraciət etdi - “İşə yaramayacaq”

amerikalilara-muraciet-etdi
Oxunma sayı: 14

ABŞ-nin müharibə naziri Pit Heqset Konqresin onun impiçmentinə nail olmayacağına əminliyini ifadə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Heqset Pentaqonun “X” sosial şəbəkə hesabında paylaşılan videomüraciətində bildirib. 

“Məsələ məndə deyil, amma yəqin ki, gördüyünüz kimi, qarşı tərəf impiçment ideyasına aludə olub”, - o deyib.

Pentaqon rəhbəri İranla müharibəni “cəsarətli və tarixi” addım adlandırsa da, bu həftə keçirilən aralıq seçkilərində seçicilərin Respublikaçıları məhz bu münaqişəyə görə cəzalandırdıqlarını etiraf edib. 

Heqset həmçinin siyasi opponentlərinin ona qarşı “şəxsi məhvetmə siyasəti” yürütdüklərini iddia edib.

“Bu, Prezident Trampa qarşı işə yaramadı. Mənə qarşı da işə yaramayacaq. Biz geri çəkilməyəcəyik”, - o əlavə edib.