Rusiyada həmin şəxslərin əmlakına həbs qoyulacaq

rusiyada-hemin-sexslerin-emlakina-hebs-qoyulacaq
Oxunma sayı: 378

Rusiyanın maraqlarına zidd hüquq pozuntuları törətmiş mühacir rusiyalıların əmlakına həbs qoyulacaq.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Dövlət Duması bununla bağlı qanun layihəsini ikinci və üçüncü oxunuşlarda qəbul edib.

Qeyd olunan hüquq pozuntuları sırasında “xarici agent”in fəaliyyət qaydasının pozulması, kütləvi informasiya azadlığından sui-istifadə, terrorçuluq və ya ekstremist fəaliyyətə çağırışlar, hakimiyyətə və cəmiyyətə hörmətsizlik, nifrətin qızışdırılması, Rusiyanın bütövlüyünün pozulmasına və sanksiyaların tətbiqinə çağırışlar, Rusiya ordusunun nüfuzdan salınması, habelə SSRİ və nasist Almaniyası rəhbərliklərinin hərəkət və qərarlarının açıq şəkildə eyniləşdirilməsi var.

Cəzanın təmin edilməsi məqsədilə məsuliyyətə cəlb olunan şəxslərin əmlakına, o cümlədən bank hesablarındakı vəsaitlərə hələ protokolun tərtib edilməsi mərhələsində təminedici tədbir qismində həbs qoyulması təklif edilir.

Qanun sentyabr ayından qüvvəyə minəcək.