Türkiyədə 2025-ci ildə qız uşaqlarına qoyulan ən populyar ad “Alya” olub.
“Qafqazinfo” “Kelebek”ə istinadən xəbər verir ki, bu adın məşhurlaşmasında hazırda “Kanal D”nin çox izlənilən serialı “Uzak şehir”in mühüm rolu var.
Belə ki, serialın baş qəhrəmanı olan və aktrisa Sinem Ünsal tərəfindən canlandırılan Alya obrazı o qədər çox sevilib ki, ailələr yeni doğulan körpələrinə bu adı veriblər.
Ötən ildə doğulan 432 666 qızdan 8953-nə “Alya” adı verilib.
Qeyd edək ki, “Uzak şehir” 2024-cü ilin 11 noyabr tarixindən etibarən yayımlanır. Hazırda ekran işinin 2-ci mövsümü yayımlanmaqdadır. Serialın baş rollarından birini də Ozan Akbaba (Cihan) canlandırır.




Son xəbərlər
Son Xəbərlər