Bakıda qətl hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, 1986-cı il təvəllüdlü Günel Abbasova qətlə yetirilib.
Hadisəni törətməkdə Biləsuvar rayonunun Nəsimikənd kənd sakini, 1989-cu il təvəllüdlü Qasımov Firuz Akif oğlu şübhəli bilinir.
Məlumata görə, ailə son 10 il ərzində paytaxtda kirayə yaşayıb. Firuz Qasımovun anasının il mərasimindən sonra rayondan Bakıya qayıdaraq cinayəti törətdiyi bildirilir.
Cütlüyün 14 və 15 yaşlarında iki oğlu var.
Cinayəti törətməkdə şübhəli bilinən Firuz Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər