“Qrenlandiya ABŞ ərazisidir”

qrenlandiya-abs-erazisidir
Oxunma sayı: 1344

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı “ABŞ ərazisi” və Şimali “Amerikanın bir hissəsi” adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, o bu haqda Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Tramp Qrenlandiyanı ABŞ üçün xüsusi maraq kəsb edən “geniş, qorunmayan ada” adlandıraraq, “Bu, bizim ərazimizdir və buna görə də ABŞ-nin təhlükəsizliyi üçün xüsusi maraq kəsb edir. Onun nadir torpaq metallarına çatmaq üçün bir neçə yüz fut buzdan keçmək lazımdır” deyib.

Amerika lideri əlavə edib ki, Birləşmiş Ştatlar yüz illərdir ki, Qərb yarımkürəsinə xarici təhlükələrin qarşısını uğurla alır.