PSJ-nin futbolçusu istismarda ittiham olunur

psj-nin-futbolcusu-istismarda-ittiham-olunur
Oxunma sayı: 398

PSJ və Fransa yığmasının müdafiəçisi Lukas Hernandes və onun həyat yoldaşı Viktoriya Triai istismarda ittiham olunur.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Paris Match” məlumat yayıb.

Versal prokurorluğu 2024-cü ilin sentyabrından 2025-ci ilin noyabrına qədər rəsmi sənədləri olmadan cütlük üçün işləyən kolumbiyalı ailədən (ata, arvad və üç uşaq) şikayət alıb.

Mühafizəçi, xadimə, aşpaz və dayə işləyən ailə istismara məruz qaldığını deyir. Ailə az maaş verildiyini deyir və onlara heç vaxt olmayan sənədlərin qanuniləşdirilməsinə söz verilir, qul kimi davranılır.

Kolumbiyalıların vəkili Lola Dubois Hernandesin müasir köləliyə bənzər davranış nümayiş etdirərək, onların maliyyə və sosial vəziyyətlərinin pisləşməsinə töhfə verdiyini bildirib.

Futbolçu və həyat yoldaşı isə ittihamlardan şoka düşüb və hər hansı qanun pozuntusunu rədd edirlər.