Ölkəsi DÇ-dən kənarlaşdırılan kimi poker oynamağa getdi - Video

olkesi-dc-den-kenarlasdirilan-kimi-poker-oynamaga-getdi
Oxunma sayı: 407

Dünya çempionatında mübarizəni dayandıran Braziliya millisində məyusluq davam edərkən, ulduz futbolçu Neymarın turnirdən sonrakı addımı ölkəsində ciddi narazılıq yaradıb.

“Qafqazinfo” xəbər verir ki, Braziliyanın mundialla vidalaşmasından sonra ABŞ-də qalan futbolçu komanda yoldaşları ilə birlikdə vətənə qayıtmaq əvəzinə Las-Veqasda görüntülənib.

Məlumata görə, 34 yaşlı hücumçu şəhərdə keçirilən Dünya Poker Seriyasının (WSOP) yarışlarından birində iştirak edib. Neymarın bir əyləncə məkanında çəkilən görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub.

Braziliya mətbuatı və azarkeşlər milli komandanın aparıcı futbolçularından biri olan Neymarı məsuliyyətsizlikdə və milli formaya lazımi hörmət göstərməməkdə ittiham ediblər. Bir çox istifadəçi komandanın uğursuz çıxışından dərhal sonra futbolçunun istirahətə üstünlük verməsini tənqid edib.

Qeyd edək ki, Neymar dünya çempionatı öncəsi zədə problemi yaşamasına baxmayaraq, Braziliya millisinin heyətinə daxil edilmişdi. Onun turnirdəki çıxışı və son addımı isə ölkədə mübahisə mövzusu olaraq qalır.