“Bu gün bizim əsas gündəliyimiz təbii ki, dayanıqlı inkişafın təmin edilməsidir, Qarabağın bərpasıdır, yenidən qurulmasıdır, layihələrimizin yekunlaşdırılmasıdır ki, onların nəticəsində yeni nəqliyyat marşrutları yaradılacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.
Dövlət başçısı əlavə edib ki, bizim gündəliyimizdə, həmçinin rəqəmsal transformasiya və süni intellektin inkişafı məsələləri də yer alır:
“Bu gün bizim regionda təhdidlər kifayət qədər realdır. Biz bunu kitablarda oxumuruq, bunu real həyatda görürük”.
Gündəliyimizdəki məsələlərin sayının çox olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bir sözlə, biz imkanlarımızı genişləndirməliyik, müdafiəmizi gücləndirməliyik, milli maraqlarımızı müdafiə etməliyik və mümkün qədər çox ölkə ilə praktiki əməkdaşlığımızı gücləndirməliyik”.
Son xəbərlər
Son Xəbərlər