Ötən gün saxlanılan “Ahbap” dərnəyinin sədri, tanınmış müğənni Haluk Levent tərəfindən ilk dəfə açıqlama verilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda ifaçının sosial şəbəkə hesabında paylaşım edilib.
“Əziz dostlarım, saxlanılmazdan əvvəlki axşam daxili işlər nazirinin müavini Bülent Turana mesaj göndərdim. Son 15 gündə də hər gün ona mesaj yazmağa davam etdim. Dedim ki: “Hörmətli nazir müavini, mənim şəxsi həyatımı “Ahbap” ilə əlaqələndirməyə çalışırlar. Zəhmət olmasa, təcili gəlin, zəlzələ dövründən bu günə qədər olan bütün prosesləri yoxlayın və nəticələri ictimaiyyətlə paylaşın. Mənim şəxsi borc alacaq münasibətlərimi “Ahbap” ilə əlaqələndirməyin”.
Bilirəm ki, bu qədər ittiham və təzyiq fonunda həqiqəti üzə çıxarmaq çətin və vaxt aparacaq. Amma sonda haqlı olduğumuz təsdiqlənəcək.
Əziz dostlarım, əsas sensasiyanı gözləyin. Yaxın zamanda edəcəyim açıqlamalarda hər şeyi görəcəksiniz. Bu prosesin lap əvvəlindən necə bu mərhələyə gəlib çatdığını öyrənəcək və böyük təəccüb içində qalacaqsınız.
Bir daha vurğulayıram: Mənim şəxsi borc alacaq münasibətlərimin “Ahbap” ilə heç bir əlaqəsi yoxdur. Lakin israrla bunları əlaqələndirməyə çalışırlar. Zaman hər şeyi göstərəcək”, - deyə açıqlamada qeyd edilib.
Xatırladaq ki, 57 yaşlı Haluk Levent barəsində dünən İstanbul Baş Prokurorluğu tərəfindən “Ahbap” dərnəyi ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılma qərarı çıxarılıb. Hazırda məhkəmə prosesi davam edir və hələlik yekun qərar yoxdur.

Son xəbərlər
Son Xəbərlər