“Fransanın dənizaşırı əraziləri müstəmləkəçilik siyasətindən əziyyət çəkir”

fransanin-denizasiri-erazileri-mustemlekecilik-siyasetinden-eziyyet-cekir
Oxunma sayı: 104

“Uzun illərdir ki, Fransanın dənizaşırı əraziləri kolonial, müstəmləkəçilik siyasəti nəticəsində əziyyət çəkir. Orada hətta nüvə testləri həyata keçirilir. Polineziyada bəlkə 200-dən artıq nüvə sınaqları keçirilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.

“Bu gün baxsaq görərik ki, yüzlərlə insan bundan əziyyət çəkir. Bu gün Bakı Təşəbbüs Qrupu hər hansısa hibrid müharibədə ittiham edilir. Zənnimcə, bu, müstəqil medianın çox mühüm missiyasıdır”, - dövlət başçısı əlavə edib.

Dövlət başçısı artıq Azərbaycan hökumətinin Fransanın daxili işlərinə müdaxilə etməsində ittiham olunduğunu bildirib. “Biz hesab edirik ki, insan hüquqları universal məsələdir. Bakı Təşəbbüs Qrupu bəlkə də bu gün ən səmərəli QHT-lərdən biridir ki, bu məsələni (müstəmləkəçiliyi – red.) qlobal gündəliyə daxil edib”, - Prezident əlavə edib.