Fransa - İspaniya matçının hakimləri açıqlandı

fransa-ispaniya-matcinin-hakimleri-aciqlandi
Oxunma sayı: 1036

DÇ-2026-nın yarımfinal mərhələsinin Fransa - İspaniya matçının təyinatları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, görüşün baş hakimi salvadorlu İvan Arsides Barton Sisneros olacaq.

Ona yan xətt hakimləri David Moran (Salvador) və Antonio Pupiro (Nikaraqua) köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isveçli Qlen Nyuberq yerinə yetirəcək.

Qeyd edək ki, Fransa - İspaniya qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.