Şəkidə “Şəhər Günü” münasibətilə bayram tədbirləri təşkil olundu - Fotolar

sekide-seher-gunu-munasibetile-bayram-tedbirleri-teskil-olundu
Oxunma sayı: 299

Şəki şəhərinin 2714 illiyi qeyd olunub. Bu münasibətilə təşkil edilən “Şəhər Günü” bayram tədbirləri çərçivəsində Şəki şəhər Heydər Əliyev Mərkəzində “Azərbaycanın UNESCO Dünya İrsi Yolu: İçərişəhərdən Şəkiyə" adlı tədbir və “UNESCO Dünya İrsi: Tarixi şəhərlərin qorunması, idarə olunması və gələcək inkişaf perspektivləri” mövzusunda panel iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Şəki şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyyətinin sədri Rüfət Mahmud, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə,  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Azərbaycan Memarlar İttifaqının üzvü, Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin baş memarı İnarə Əzimzadə, qeyd olunan qurumların digər rəhbər şəxsləri, tanınmış memarlar, elm adamları, ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər.

Tədbirdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki şəhəri və Xan Sarayı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi haqqında, həmçinin Şəki şəhərinin tarixi irsinin qorunması, bərpası və abadlaşdırılması istiqamətində görülən işləri əks etdirən qısa filmlər nümayiş etdirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq elmləri doktoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar, professor Elbay Qasımzadə çıxış edərək Azərbaycanın qədim tarixə malik şəhərsalma və memarlıq ənənələrindən, tarixi şəhərlərimizin qorunması sahəsində görülən işlərdən və gələcək inkişaf prespektivlərindən bəhs ediblər, bu il qədim tarixi, zəngin mədəni irsi və füsunkar təbiəti ilə Azərbaycanın incilərindən biri olan Şəki şəhərinin 2714 illiyinin qeyd olunduğunu vurğulayaq, bu münasibətlə şəhər sakinlərini təbrik ediblər.

Sonra tədbir Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü İnarə Əzimzadənin moderatorluğu ilə "UNESCO Dünya İrsi: Tarixi şəhərlərin qorunması, idarə olunması və gələcək inkişaf perspektivləri" mövzusunda panel muzakirələrlə davam edib. Panel iclasda sualları Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sabinə Hacıyeva və Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli cavablandırıblar.

Şəki Şəhər Uşaq İncəsənət məktəbinin inzibati binası və Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü İnarə Əzimzadənin layihə rəhbəri olduğu Şəki şəhəri Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında aparılan abadlıq-quruculuq və yenidənqurma işləri ilə tanış olublar.

Günün ikinci yarısında Şəki Xan Sarayının qarşısında mədəni proqram təşkil olunub. Burada iştiakçılara tanınmış modelyer Leyla Babazadənin müəllifi olduğu milli geyim kolleksiyası təqdim olunub, Azərbaycan muğam sənətinin ecazkar nümunələri səslənib, milli rəqslər ifa  edilib. Axşam saatlarında Bəxtiyar Vahabzadə adına mədəniyyət və istirahət parkının qarşısındakı meydanda bayram konserti təşkil edilib.