Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar

hemin-epizoda-gore-olumle-tehdid-edilir
Oxunma sayı: 10

Dünya çempionatının dörddəbir finalında İngiltərəyə məğlub olaraq turnirlə vidalaşan Norveç millisinin üzvü Aleksandr Sörlot sərt tənqidlərin hədəfinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatan qarşılaşmada İngiltərə əlavə vaxtda vurduğu qolla 2:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Matçın ən çox müzakirə olunan məqamlarından biri isə Sörlotun 44-cü dəqiqədə qaçırdığı əlverişli fürsət olub. Sürətli əks-hücum zamanı topu qəbul edən hücumçu sərbəst vəziyyətdə olan komanda yoldaşı Erlinq Haalanda ötürmə vermək əvəzinə, epizodu özü tamamlamağa çalışıb. Lakin onun zərbəsi müdafiəçilər tərəfindən bloklanıb.

Bundan cəmi bir neçə dəqiqə sonra İngiltərə Cud Bellinqemin qolu ilə hesabı bərabərləşdirib.

Oyundan sonra Norveç azarkeşlərinin bir qismi məğlubiyyətə görə Sörlotu günahlandırıb.

Sosial şəbəkələrdə futbolçunun qərarı müzakirələrə səbəb olub, bəzi istifadəçilər isə onu təhdid edən mesajlar paylaşıblar.

Sörlotun sevgilisi Lena Selnes də instaqram hesabında futbolçuya ünvanlanan təhqir və ölüm təhdidlərini əks etdirən paylaşımlar edib.