Nərimanov rayonunda iki yaşlı qız üçüncü mərtəbədən yıxılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Ə.Orucəliyev küçəsində baş verib.
2024-cü il təvəllüdlü A.Rəhimli eyvandan yıxılaraq xəsarət alıb.
Xəstəxanaya yerləşdirilmiş azyaşlının vəziyyəti ağırdır.
***
TƏBİB-dən bildirilib ki, 2024-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
Müştərək travma, açıq kəllə-beyin travması, baş-beyin əzilməsi diaqnozları təyin edilən azyaşlının müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Son xəbərlər
Son Xəbərlər