Bizonun turistlə videosu viral oldu - Video

bizonun-turistle-videosu-viral-oldu
Oxunma sayı: 989

ABŞ-də yerləşən Yelloustoun Milli Parkında bizonun yaşlı turistə hücumunun görüntüləri gündəm olub. 

“Qafqazinfo” xəbər verir ki, video sosial şəbəkələrdə geniş yayılıb.

Bildirilir ki, hadisə iyulun 10-u axşam saatlarında baş verib. Belə ki, yaşlı kişi nəvəsi ilə birlikdə kampda gəzərkən nəhəng bizonla qarşılaşıb. 

Videodan görünür ki, bizondan təxminən 90 metr məsafədə gəzişən baba və nəvəsi heyvanın şəklini çəkməyə çalışırlar. Hücumdan az əvvəl yaxınlıqdan bir avtomobil keçir. Ehtimal ki, məhz avtomobilin səs-küyü heyvanı qəzəbləndirir. Bizon yerindən sıçrayaraq parkın ziyarətçisinə hücum edir. Kişi heyvandan qaçmağa çalışsa da, sonda bizon onu vuraraq təxminən 2,5 metr göyə atır. 

Hadisənin şahidi olan digər ziyarətçi oradakı insanlarla birlikdə bizonu qovmağa nail olublar. Zərərçəkmiş ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.