Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında rayonunun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Ərkivan qəsəbə sakini, 31 yaşlı Rusif Babayev və Cəlilabad rayon sakini Nikbin Feyzullayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri toqquşub.
Zərbənin təsirindən R. Babayevin idarə etdiyi avtomobil yoldan çıxaraq əvvəlcə beton elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. O, hadisə yerində ölüb.
Avtomobildə sərnişin qismində olanlar - 33 yaşlı Pərvin Əliniyaz oğlu Həsənov, 23 yaşlı Fərid Fərahim oğlu Qasımov və 34 yaşlı Araz Telman oğlu Məmmədzadə təcili tibbi yardım briqadalarının köməkliyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Həkimlərin səylərinə baxmayaraq Araz Məmmədzadənin həyatını xilas etmək mümkün olmayıb.
Yaralıların müalicəsi xəstəxananın müvafiq şöbələrində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər