Ağdamda Polis Gününə həsr olunmuş tədbirdən - Fotolar

agdamda-polis-gunune-hesr-olunmus-tedbirden
Oxunma sayı: 419

2 iyul 2026-cı il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzində 2 İyul-Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Rayon Polis Şöbəsinin əməkdaşları, veteranlar və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə edib.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının və dünyasını dəyişmiş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Polisi Gününə həsr olunmuş videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tədbirdə çıxış edərək 2 iyul 1918-ci il tarixdə müstəqil Azərbaycan polisinin yaranmasını hüquqi cəhətdən özündə təsbit edən dövlət qanunvericilik aktının imzalanmasından, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarında intensiv surətdə həyata keçirilən tədbirlərdən, 1998-ci ildən etibarən hər il 2 iyul tarixinin Azərbaycan Polisi Günü kimi qeyd edilməsindən, Heydər Əliyev ideyalarına ən çətin məqamlarda sadiq olan Azərbaycan polisinin bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrin öhdəsindən bacarıqla gəlməsindən, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğrultmalarından bəhs edib.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilib.

Daha sonra Ağdam Muğam Mərkəzində 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı qəhrəmancasına şəhid olmuş polis əməkdaşı Məzahir Yaqub oğlu Əbilovun həyat və döyüş yolundan bəhs edən, ssenari müəllifi, Qarabağ qazisi, jurnalist Rey Kərimoğluna məxsus “Adsız qəhrəman” sənədli filminin təqdimat mərasimi baş tutub.

Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov iştirakçıları salamlayıb, filmin ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı heyətə və bu işə töhfə vermiş şəxslərə təşəkkürünü bildirib, onların Qarabağ həqiqətlərinin və qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması istiqamətində gördükləri işi yüksək qiymətləndirdiyini vurğulayıb, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib.

Çıxış edən Rey Kərimoğlu şəhidin həyat və döyüş yolundan bəhs edib, tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib.