UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” “Vestri” qarşılaşmasının biletləri 3 iyul, saat 15:00-dan etibarən satışa çıxarılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun bilet qiymətləri aşağıdakı kimidir:
Standart biletlərin qiymətləri:
5, 10, 15 və 20 AZN
VIP sektorlar: 50, 75 və 100 AZN
VVIP sektorlar: 150 AZN
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz. Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Qeyd edək ki, “Qarabağ” - “Vestri” görüşü iyulun 9-da saat 20:00-da başlayacaq.
Son xəbərlər
Son Xəbərlər