“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi ilə nişanlısı Çina Suaresin ayrıldığı iddia olunub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı iki ayrı iddia səsləndirilir.
Məlumata görə, cütlük gecə klublarından birində olarkən İkardi 22 yaşlı bir qadını öpməyə cəhd edib. Bildirilib ki, bunu görən Çina Suares qadına sərt reaksiya göstərib və daha sonra birlikdə yaşadıqları evi tərk edib.
Başqa bir iddiaya görə isə Suares bir neçə gün əvvəl İkardinin telefonunda qadınlarla yazışmalar aşkar edib.
Bildirilib ki, İkardi hazırda nişanlısından üzr istəyir və münasibətlərinə yenidən şans verməsini xahiş edir.
Cütlük məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.


Son xəbərlər
Son Xəbərlər