Müəyyən qidaların xərçəng xəstəliyinə qarşı güclü qoruyucu təsirə malik olduğu müəyyən edilib.
“Qafqazinfo” xəbər verir ki, tanınmış həkim Aleksandra Enrike həmin qidaların adlarını açıqlayıb.
Həkimin sözlərinə görə, xərçəngdən qorunmaqda ən effektiv vasitələrdən biri qaragilədir. Bu giləmeyvə bədəndəki xroniki iltihab və sərbəst radikallarla mübarizə aparan antioksidantlarla olduqca zəngindir.
Bununla yanaşı, brokoli, gül kələmi və Brüssel kələmi də xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır. Mütəxəssis izah edib ki, bu tərəvəzlər DNT-ni zədələnməkdən qorumaq xüsusiyyətinə malikdir.
A. Enrike hormondan asılı şişlərin yaranma riskini aşağı saldığı üçün rasionda tam taxıllı məhsullara üstünlük verməyi məsləhət görüb. O, həmçinin gündəlik qidalanma menyusuna aşağıdakıların daxil edilməsini zəruri hesab edir:
Qırmızı lobya, mərcimək və noxud;
Kətan toxumu və soya;
Yaşıl çay.
Həkim, həmçinin xərçəng hüceyrələrinin qarşısını almaq üçün yeməklərə mütləq sarıkök (zerdeçal) əlavə etməyi tövsiyə edib.
Son xəbərlər
Son Xəbərlər