Onlara reabilitasiya xidmətləri göstərildi - Foto

onlara-reabilitasiya-xidmetleri-gosterildi
Oxunma sayı: 248

Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint”–Ambulator Reabilitasiya Məntəqəsi tərəfindən ötən dövrdə əlilliyi olan 4 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, məntəqə 2023-cü ilin dekabrın 1-də fəaliyyətə başlayıb və bölgədə yaşayan əlillliyi olan şəxsləri ambulator şəraitdə müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri ilə təmin edir.

Onlar ehtiyac duyduqları reabilitasiya vasitələrini də bu məntəqədən əldə edirlər.

İndiyədək “RehaPoint” Məntəqəsində əlilliyi olan 400-dən çox şəxsə 10 mindən çox  reabilitasiya vasitəsi verilib.